22 C
Baku
Thursday, May 2, 2024

“İsrail iki dövlətin – israillilər və fələstinlilərin yaradılmasına hazırdır”

Təl-Əviv münaqişəyə son qoymaq üçün iki dövlətin – israillilər və fələstinlilərin yaradılmasına hazırdır.

Bunu sentyabrın 22-də BMT Baş Assambleyasında İsrailin baş naziri Yair Lapid deyib.

“Fələstinlilərlə iki dövlət əsasında razılaşma İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün doğru addımdır”,-deyə Yair Lapid bildirib.

Nazir bildirib ki, bu, həm də İsrail xalqının əksəriyyətinin fikridir.

“Bizim yalnız bir şərtimiz var: gələcək Fələstin dövlətinin sülhsevər olması, onun İsrailin rifahını və varlığını təhdid edən başqa bir terror bazasına çevrilməməsi”, – baş nazir bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər