9 C
Baku
Wednesday, December 25, 2024

İsrail ilk dəfə Haniyənin öldürülməsinin arxasında dayandığını etiraf edib

İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib ki, HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.

Katz bunu Yəməndə İranın dəstəklədiyi, İsrailə raket və pilotsuz təyyarələr vuran husilərə qarşı mübarizədən danışarkən qeyd edib.

Nazirin sözlərinə görə, husilərin rəhbərliyini də eyni aqibət gözləyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər