20 C
Baku
Monday, October 7, 2024

İsrail-İran münaqişəsi

02.10.2024, 09:02 – İranın İsrailə raket hücumu başa çatıb, lakin İsrail cavab verərsə, yeni hücum “daha güclü və daha sarsıdıcı” olacaq.

Bu barədə XİN məlumat yayıb.

22:05 – İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari  bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb. İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib. Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq: “Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik”.

21:54 – İrandan İsrailə 500-ə yaxın raket atılıb. İsrailin hər yerində hava hücumu xəbərdarlığı elan edilib. İsrail əhalisinə təcili olaraq sığınacaqlara sığınmaq əmri verilib.

21:51 – İranın İsrailə hücumunun ilk dalğasında raketlərin 80%-i nəzərdə tutulan hədəfləri vurub, ikinci raket hücumları dalğası yoldadır.

21:37 – İsrail İranın hücumunu müharibə elanı adlandırıb və mili görünməmiş cavab vəd edib.

21:36 – İsrail hava məkanını bağlayıb. Uçuşlar İsraildən kənarda alternativ istiqamətlərə yönəldilir.

21:34 – İranın ali lideri Xameneyi İsrailə atılan raketlərdən sonra təhlükəsiz yerdə qalır. İsrailə raket atmaq əmri İranın ali lideri Xameneyi tərəfindən verilib.

21:30 – Ağ Ev: Bayden ABŞ hərbi qüvvələrinə İsrailin müdafiəsində İrana qarşı kömək etməyi və İsrailə tuşlanan raketləri vurmağı əmr edib.

21:09 – SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək.

21:07 – İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb. İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

20:43 – İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atıldığı bildirilir.

20:28 – “İran raket buraxılış sistemlərini İsraili hədəfə almaq üçün hərəkət etdirir”.

19:23 – İran yaxın saatlarda İsrailə hücum edəcək. ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar İranın mümkün hücumuna qarşı İsraili müdafiə etməyə kömək etməyə hazırlaşır. İsrail rəsmiləri isə qeyd edib ki, İranın hücumu Təl-Əvivin şimalında 3 hərbi hava bazası və kəşfiyyat qərargahına ediləcək. Hücumun PUA və raketlərlə ediləcəyi vurğulanıb.

 

Son xəbərlər
Digər xəbərlər