İsrail İrana qarşı “Aslan milləti” (“Am keLavi”) adlı hərbi əməliyyata başladığını elan edib. Ölkə nümayəndələri deyirlər ki, onun məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır. Bu barədə İsrail ordusuna istinadən “Times of Israel” məlumat yayıb.
Baş nazir Benyamin Netanyahu bildirib ki, əməliyyat “lazım olduğu qədər” davam edəcək.
İyunun 13-nə keçən gecə İsrail İrana hava zərbəsi endirib. Tehran mediası şəhərdə partlayışların baş verdiyini yazıb. Bakı vaxtı ilə saat 5:00-da İsrail Müdafiə Qüvvələri (İMQ) İrandakı hərbi obyektlərə zərbələrin birinci mərhələsinin başa çatdığını elan edib.