8 C
Baku
Tuesday, March 3, 2026

İsrail İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin binasına zərbə endirib – Yenilənib

18:58 – Qum şəhərində hədəfə alınan Ekspertlər Məclisinə məxsus bina köhnədir və iclaslar üçün istifadə olunmur.

Bu barədə “Mehr” məlumat yayıb.

Məlumatda bildirilib ki, bina əsas yox, köməkçi binadır və görüşlər üçün istifadə edilmir.

İran Dövlət Televiziya və Radio Şirkətinin məlumatına görə isə ölkənin Ali Rəhbərini seçən Ekspertlər Məclisinin Qum və Tehrandakı ofisləri əvvəlcədən boşaldılıb, heç bir itki yoxdur.


18:21 – İsrail İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin Qumdakı binasına aviazərbə endirib.

Bu barədə “Mehr” məlumat yayıb.

Hələlik tələfatla bağlı məlumat verilməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər