6 C
Baku
Sunday, December 15, 2024

İsrail İranı Bakıdakı səfirliyinə hücum cəhdində ittiham edib

İsrailin xarici işlər naziri Eli Kohen ehtimal edir ki, ölkəsinin Bakıdakı səfirliyinə hücum cəhdinin arxasında İran dayanır.

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə danışıqlar üçün gəldiyi Serbiyada bəyan edib.

“İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdinin arxasında İran dayanır. İran ələ keçirilən terror özəyini maliyyələşdirib və təlimat verib”, – İsrailin KAN yayımçısı nazirin sözlərinə istinadən məlumat verir.

İran rəsmiləri İsrailin xarici işlər nazirinin ittihamlarına hələ heç bir reaksiya verməyiblər.

Çərşənbə axşamı, iyulun 11-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıdakı xarici dövlətlərin səfirliklərinin birinə qarşı terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı Favzan Musa Xanı (Fawzan Mosa Khan) saxlayıb.

Son xəbərlər
Digər xəbərlər