18 C
Baku
Saturday, May 25, 2024

İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə 1.3 milyard dollar xərcləyib

İranın yüzlərlə raket və pilotsuz uçuş aparatını dəf etmək İsrailə bir gecədə 1,3 milyard dollara başa gələ bilərdi.

Bu barədə “Ynet” portalına İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının maliyyə üzrə keçmiş müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah bildirib.

“Bir gecədə dörd-beş milyard şekel (1-1,3 milyard ABŞ dolları – Qeyd)” deyə, general bildirib ki, bu məbləğ İranın özünün hücuma görə ödədiyi məbləğdən xeyli çoxdur.

Bu səbəbdən İsrail Baş Qərargahının keçmiş müşaviri ölkənin müdafiə büdcəsini artırmağa çağırıb: “Digər tərəfdən yeni müdafiə xərcləri iqtisadi artım potensialına mane ola bilər”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər