8 C
Baku
Monday, November 18, 2024

“İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

İsrailin heç bir hökuməti İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Bu bəyanatla çərşənbə günü yəhudi dövlətinin keçid dövrü Nazirlər Kabinetinin rəhbəri Yair Lapid çıxış edib.

“Heç bir İsrail hökuməti nüvə İranının yaranmasına icazə verməyəcək. Əgər hərəkətə keçmək lazımdırsa, biz hərəkətə keçəcəyik. Mən bunu gələcək baş nazir Benyamin Netanyahu ilə müzakirə etmişəm və bu, İsrail ictimaiyyəti arasında tam həmrəyliyin olduğu bir neçə mövzudan biridir”, – deyə o, bəyan edib.

Siyasətçi İsrailin düşmənlərindən daha güclü olduğunu vurğulayıb.

“Düşmənlərimiz bilməlidir ki, biz ekzistensial hesab etdiyimiz təhdidlər qarşısında sakit oturmayacağıq. İsrail düşmənlərindən güclüdür. Biz xalqımızın rifahını qorumaq üçün güc tətbiq etməkdən çəkinməyəcəyik. Düşmənlərimiz bilməlidir ki, biz hər an onlardan daha güclü, daha ağıllı və daha dözümlüyük”, – Lapid əlavə edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər