İsrail hakimiyyəti İran ətrafındakı vəziyyətlə əlaqədar ölkədə olan əcnəbilərin vizalarının avtomatik şəkildə uzadıldığını açıqlayıb.
“Cari vəziyyətlə əlaqədar İsrail Daxili İşlər Nazirliyinin Əhali və Miqrasiya İdarəsi İsraildə qanuni əsaslarla olan və vizalarının müddəti 22.02.2026–31.03.2026 tarixləri arasında bitən xarici vətəndaşlar üçün vizaların avtomatik uzadıldığını elan edib”, — deyə bəyanatda bildirilir.
Avtomatik uzadılma B2 tipli turizm vizasına və vizasız turizm rejimi çərçivəsində hava limanında turistə verilən talonun müddətinə şamil edilir. Bundan əlavə, B1 tipli iş vizası, A2 tipli təhsil vizası, A3 tipli dini xadim vizası və A4 tipli müşayiətçi ailə üzvü vizası da 90 gün müddətinə avtomatik uzadılır.






