İsrail Mərkəzi Bankının rəhbəri Amir Yaron bildirib ki, Mərkəzi Bank faiz dərəcələrini daha da artıracaq və inflyasiya hökumətin hədəflədiyi kimi 1%-3% aralığında göstəriciyə çatana qədər faiz yüksək qalacaq. Yaron qeyd edib ki, bu proses 1 il çəkə bilər.
Banker.az xəbər verir ki, bu barədə Yaron Bloomberg TV-yə müsahibəsində danışıb.
“İnflyasiyanın həqiqətən sabitləşdiyini və hədəf aralığımız daxilində olduğunu görənə qədər faiz dərəcələrinin bir müddət daha yüksək qalması ehtimalı var. Biz inflyasiyanın 2023-cü ilin yayında hədəflədiyimiz göstəricidə olacağını gözləyirik” deyən A.Yaron əlavə edib ki, qlobal qeyri-müəyyənlik bu tarixi dəyişə də bilər.
Qeyd edək ki, İsrailin Mərkəzi Bankı bu ayın əvvəlində faiz dərəcələrini 75 baza bəndi artıraraq, ardıcıl dördüncü iclasını keçirib göstəricini son on ilin ən yüksək səviyyəsi olan 2%-ə yüksəldərək əksər iqtisadçıları təəccübləndirdi. İyulda illik inflyasiya bütün proqnozları üstələyərək 5.2%-ə çatdı ki, bu da 2008-ci ildən bəri ən yüksək illik səviyyədir.
Yaron, bankın real faiz dərəcəsini sıfırda və ya bir qədər artıq hədəflədiyini və inflyasiyaya uyğunlaşdırıldığı zaman mənfi 3%-dən yuxarı olan cari faiz dərəcəsi ilə hələ gediləcək çox uzun bir yol olduğunu söyləyib.