11 C
Baku
Thursday, May 1, 2025

İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir

İsrail bu gün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəyib.

Həmin ölkələr arasında Azərbaycan da var.

İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində baş verən meşə yanğınları baş verib. Hakimiyyət orqanları bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini elan etməli və bir neçə yolu bağlamalı olub.

MənbəUnikal.az
Son xəbərlər
Digər xəbərlər