-3 C
Baku
Wednesday, February 28, 2024

İsrail müxalifəti Netanyahu ilə məhkəmə islahatlarına dair dialoqa başlamağa razılaşıb

İsrailin aparıcı müxalifət partiyalarının başçıları baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisəli məsələləri üzrə geniş dialoq təklifinə cavab veriblər.

Ən böyük müxalifət partiyası Yeş Atidin rəhbəri, parlament müxalifətinin lideri Yair Lapid prezident İtsak Hersoqun vasitəçiliyi ilə dialoq aparmağa hazır olduğunu bildirib.

O vurğulayıb ki, dövlət başçısı hər iki tərəfdə etimad yaradan “dialoq mexanizmini müəyyənləşdirməli və ədalətli vasitəçi kimi çıxış etməlidir”.

Öz növbəsində böyük müxalifət blokunun lideri, keçmiş müdafiə naziri Benni Qantz dialoqa hazır olduğunu bildirib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər