9 C
Baku
Friday, December 13, 2024

İsrail növbəti dəfə iranyönümlü qüvvələrə aviazərbə endirib

İsrail Müdafiə Ordusu (İMO) Suriyanın paytaxtı Dəməşqin ətrafına raket zərbələri endirib.

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Bildirilib ki, aviazərbələr İsrailin nəzarəti altında olan Colan təpələrindən endirilib. İddiaya görə, Dəməşq hökumətinin qüvvələri raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. BƏƏ mərkəzli “Al Hadath” telekanalı zərbələrin hədəfinin Dəməşqin hava limanı və şəhərin cənub-şərq hissəsi olduğunu irəli sürüb.

Eyni zamanda, Dəməşqin rəsmi mətbu orqanı SANA dinc sakinlər arasında tələfatın olduğunu iddia etsə də, “Hizbullah”a yaxın teleqram kanalında Suriya mənbələrinə istinadən iranyönümlü qruplaşmaların üzvləri arasında itkilərin olduğu bildirilib. Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) yaxınlığı ilə tanınan digər teleqram kanalında aviazərbənin paytaxtətrafı yerləşən Əl-Kisvə şəhərindəki şüşə zavoduna endirildiyi açıqlanıb.

Beləliklə, son 6 gündə bu, İsrailin İranın Suriyadakı obyektlərinə sayca 4-cü zərbəsidir.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu adətən Suriyada konkret zərbələr barədə heç bir açıqlama vermir, lakin etiraf edir ki, son on ildə ölkədə möhkəmlənməyə çalışan İranın dəstəklədiyi qruplara qarşı yüzlərlə döyüş uçuşu həyata keçirib.

İMO həmçinin bildirir ki, zərbələr qruplaşmalar, xüsusən “Hizbullah” üçün nəzərdə tutulan silah daşımalarını hədəf alır.

Son xəbərlər
Digər xəbərlər