9 C
Baku
Sunday, November 17, 2024

İsrail nümayəndə heyəti HƏMAS-la danışıqlar üçün Misirə gedib

İsrail nümayəndə heyəti HƏMAS-la danışıqlar aparmaq üçün Misirə gedib.

Bu barədə “The New Arab” (Al-Araby Al-Jadeed) nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, israillilər atəşkəs və girovların mübadiləsi razılaşması ilə bağlı HƏMAS-ın mövqeyini öyrənmək istəyirlər.

Həmçinin əlavə olunub ki, hazırda Qəzza zolağında atəşkəs elan olunması ilə bağlı məsələ dondurulub. Misirdə keçiriləcək görüşlərdən sonra İsrailin yeni mövqe ehtiva edə biləcək cavabı gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər