HƏMAS-a qarşı “Dəmir qalxanlar” əməliyyatı başlayandan döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 30-a çatıb.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Ordusunun zirehli tank korpusunun 401-ci taborunun 22 yaşlı baş serjantı Şaxar Koen Qəzza zolağının şimalında döyüşlərdə ölüb.
Qeyd edək ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən, İsrailin Qəzza zolağında quru əməliyyatları isə oktyabrın 31-dən başlayıb.