9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

İsrail parlamenti BƏƏ ilə sülh razılaşmasını təsdiqlədi

Knesset (parlamenti – Red) İsrail dövləti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətləri normallaşdırmaq üçün 15 sentyabrda Vaşinqtonda imzalanan müqaviləni təsdiqləyib.

Bu barədə İsrailin “Kan” kanalı məlumat verib.

Qeyd olunub ki, bir palatalı parlamentin 120 üzvündən 80-i BƏƏ ilə sülh razılaşmasını dəstəkləyib, 13-ü isə əleyhinə çıxıb.

Sənəd yekun təsdiq üçün İsrail hökumətinə təqdim ediləcək.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər