İsrail Prezidenti Azərbaycana səfər etməyi planlaşdırır

İsrail Prezidenti İsaak Hersoq bu il Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

“The Jerusalem Post” nəşrinin məlumatında bildirilir ki, Hersoq bu barədə martın 26-da Azərbaycanın Təl-Əvivdəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini qəbul edərkən bildirib.

“Hersoq deyib ki, bu il Azərbaycana səfər etməyi planlaşdırır”, – deyə nəşr qeyd edir.

Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri gözlənilir, martın 30-da onun Hersoqla görüşü planlaşdırılır.

Xəbər verildiyi kimi, Ceyhun Bayramov martın sonunda İsrailə səfər edəcək. Nazir Azərbaycanın Təl-Əvivdəki səfirliyinin açılışında iştirak edəcək.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun imzalayıb. Səfir Muxtar Məmmədov martın 26-da etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Son xəbərlər
Digər xəbərlər