9 C
Baku
Friday, December 27, 2024

İsrail Prezidenti Netanyahuya hökuməti formalaşdırmaq üçün daha 10 gün vaxt verib

İsrail Prezidenti İsaak Herzoq “Likud” partiyasının lideri Benyamin Netanyahuya hökumət kabinetini formalaşdırmaq üçün verilən mandatın müddətini daha 10 gün uzadıb.

Bu barədə “Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, Netanyahunun koalisiyanı qurmaq üçün mandatının uzadılmasını tələb etməsindən bir gün sonra bu qərar verilib.

Baş nazir Yair Lapid də daxil olmaqla, Netanyahu əleyhinə blokdan olan siyasətçilər Herzoqu bu tələbi yerinə yetirməməyə çağırıblar.

“Təşkil ediləcək hökumətdən İsraildə bütün ictimaiyyətin xeyrinə hərəkət etməsini və qurulan koalisiyanın hörmətli və məsuliyyətli dialoqa riayət etməsini xahiş edirəm. Mən öz səlahiyyətimlə hökuməti formalaşdırmaq vəzifəsini yerinə yetirmək üçün sizə verilən müddəti 10 gün uzatmaq qərarına gəlmişəm. Hökuməti qurmağa hazır olduğunuzu bildirəndə dediniz ki, bütün xalq üçün işləyəcək bir hökumət quracaqsınız. Bu, İsrail cəmiyyətində mürəkkəb bir dövrdür, fundamental məsələlərlə bağlı mübahisələr xalqı parçalamaqla təhdid edir və zorakılığa, nifrətə səbəb olur”, – Prezident Herzoq bəyanatında vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər