İsrail Prezidenti İsaak Hersoq “Likud” Partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib.
Bu barədə İsrail hökumətinin mətbuat xidmətinin İ.Hersoqun Yerusəlimdəki ofisində keçirilən tədbirin yayımından məlum olub.
Qanuna görə, Netanyahuya Nazirlər Kabinetini formalaşdırmaq üçün bu müddəti 14 gün uzatmaq imkanı ilə 28 gün vaxt verilir.