13 C
Baku
Sunday, November 24, 2024

İsrail Prezidenti Türkiyənin qərarını dəstəklədi

İsrail Prezidenti İsaak Hersoq Türkiyə ilə normallaşma prosesi çərçivəsində səfirlərin yenidən təyin edilməsi qərarı ilə bağlı açıqlama verib.

Hersoq Türkiyə ilə diplomatik əlaqələrin yenilənməsinin tərəfdarı olduğunu bildirib.

“Mən Türkiyə ilə tam diplomatik münasibətlərin yenilənməsinin tərəfdarıyam. Bu, iqtisadi əlaqələri, qarşılıqlı turizmi, İsrail və türk xalqları arasında dostluğu inkişaf etdirəcək mühüm inkişafdır. Yaxşı qonşuluq münasibətləri və tərəfdaşlıq ruhu Yaxın Şərqdə hamımız üçün vacibdir. Bütün dinlərin nümayəndələri – müsəlmanlar, yəhudilər və xristianlar birlikdə sülh şəraitində yaşaya bilər və yaşamalıdırlar”, – deyə Hersoq vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər