8 C
Baku
Friday, December 13, 2024

İsrail prezidenti vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib

İsrail prezidenti İsaak Herzoq ölkənin  “uçurum” və vətəndaş müharibəsi astanasında olduğunu deyib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Can itkisi ilə nəticələnən vətəndaş müharibəsi xəttini heç vaxt keçə bilməcəyimizi düşünən hər bir kəs nədən danışdığını bilmir”, – deyə ölkə lideri söyləyib, “Financial Times” yazır.

Prezident Herzoq hazırkı Benyamin Netanyahu hökuməti tərəfindən dəstəklənən məhkəmə islahatlarına bir sıra düzəlişlər etməyi təklif edib.

Nəticədə fikir ayrılığı yaranıb: müxalifət Herzoqun tərəfini tutub, baş nazir Netanyahu isə prezidentin planını rədd edərək, təkliflərinin hakim partiya koalisiyası ilə razılaşdırılmadığını bildirib.

Qeyd edək ki, ölkə ərazisində etirazlar davam edir. Martın 12-də etiraz aksiyasına 500 minə yaxın insan qoşulub və İsrail şəhərlərində mitinqlərdə rekord sayda iştirakçı müşahidə olunub. Məsələn, Hayfada 50 minə yaxın, Raananda 9 min, Kiryat Onoda 3.5 min insan küçələrə çıxıb. Ölkənin paytaxtı Təl-Əvivdə isə mitinqdə 250 min insan iştirak edib.

Son xəbərlər
Digər xəbərlər