“İsrail Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında Yerusəlim şəhərində mümkün görüşün keçirilməsinə hazır olduğunu təsdiq edir”.
Bu barədə məlumatı İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi açıqlayıb.
Onun sözlərinə görə, həmçinin danışıqlarda iştirak edən Rusiya və Ukrayna nümayəndə heyətləri də İstanbulda görüşdükləri kimi Yerusəlimdə də görüş keçirə bilərlər.
Xatırladaq ki, Volodimir Zelenski mart ayında İsrailin Baş naziri Naftali Bennetə Rusiya ilə danışıqları Yerusəlimdə keçirməyi təklif etmişdi.