12 C
Baku
Thursday, December 5, 2024

İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb

Əgər “İslami Cihad” terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq.

Bu barədə İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq.

“Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik”, – Liberman deyib.

Terrorçuların zərərsizləşdirilmiş liderinə gəlincə, Liberman qeyd edib ki, o, “yalnız saatlı bomba deyil, həm də idarə olunan saatlı bomba idi”.

“Əlbəttə, biz müharibə və ya qarşıdurma axtarmırıq, lakin kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi”, – nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl bir gündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atıldığı bildirilib. Yaşayış məntəqələrini təhdid edən raketlərin əksəriyyəti vurulub.

 

 

Son xəbərlər
Digər xəbərlər