İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların yeni mərhələsinə başlayacaq.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi nümayəndəsi Conatan Konrikus yerli “StandWithUs” təşkilatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qəzzanın şimalında döyüşlər başa çatdıqdan sonra İsrail ordusu əməliyyatların yeni mərhələsinə başlayacaq. Ordunun məqsədi HAMAS-a aid bütün infrastrukturu məhv etməkdir.
Konrikus həmçinin, İsrail ordusunun əlavə itkilər verməyəcəyinə ümid etdiyini bildirib.