10 C
Baku
Wednesday, December 11, 2024

İsrail Qəzzada 48 milyard dollar xərcləyəcək

İsrail hökumətinin Qəzza sektorunda hərbi əməliyyatlara xərclədiyi vəsait 48 milyard dollara çatacaq.

Bloomberg agentliyi bu barədə “Leader Capital Market” konsaltinq kompaniyasına istinadla məlumat yayıb.

Yəhudi dövlətinin Maliyyə Nazirliyindən verilən məlumata görə, hərbi əməliyyatların bir günü ölkə büdcəsinə 270 milyon dollara başa gəlir. İsrail 2023-2024-cü illərdə müharibəyə 180 milyard şekel (48 milyard dollar) xərcləyə bilər. Təl-Əviv həmin vəsaitin yalnız üçdə ikisini, ABŞ isə qalan hissəsini ödəyəcək.

“Biz bir neçə aylıq döyüşləri nəzərdə tutan əsas ssenariyə uyğun hərəkət edirik. İsrail dövləti hazırkı münaqişədən daha ekstremal situasiyalarda da hazırdır”, – deyə İsrail Maliyyə Nazirliyinin baş mühasibi Yali Rotenberq agentliyə müsahibəsində bildirib.

Bir müddət öncə İsrailin “Calcalist” qəzeti Təl-Əvivin Qəzza sektorunda HƏMAS-a qarşı əməliyyatının 2024-cü ilin sonunadək davam edəcəyi təqdirdə, ən yaxşı halda 200 milyard şekelə (təxminən 54 milyard dollar) başa gələcəyini yazıb.

Son xəbərlər
Digər xəbərlər