İsrail Rusiyadan qayıdanlara külli miqdarda pul ayıracaq

İsrail hökuməti Rusiyadan repatriasiya (vətənə qayıtma) edənlərə dəstək üçün 90 milyon şekel (43 560 000 AZN) ayırmaq niyyətindədir.

Bu təklifin Repatriasiya və İnteqrasiya Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim ediləcəyi bildirilir.

Sözügedən tədbir gələcəkdə İsrailə “repatriasiya üçün on minlərlə namizədin” gələ biləcəyi ilə bağlıdır.

Digər məsələlərlə yanaşı, repatriasiya edənlərə həyatın bir sıra sahələrində, o cümlədən əmək bazarına inteqrasiyada, mənzil tapmaqda, təhsil və səhiyyədə köməklik göstəriləcək.