İsrail Rusiyanın vasitəçilik təklifini rədd edib

İsrail İranla münaqişənin həllində Rusiyanın vasitəçilik təklifini rədd edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hazırda biz ən azı İsrail tərəfindən hər hansı vasitəçilik xidmətlərinə ehtiyac və ya ümumiyyətlə, sülh yolu ilə nizamlanma istəyi görmürük”, – o bildirib.

Peskovun sözlərinə görə, regionda vəziyyət eskalasiya ssenarisi üzrə inkişaf edir və tamamilə gözlənilməz olaraq qalır.

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər