6 C
Baku
Sunday, December 15, 2024

İsrail Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını dayandırmağı planlaşdırır

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinə qədər İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasını təxirə salmaq qərarına gəlib.

Bu açıqlamanı mənbələrin adını çəkmədən İsrail televiziyasının 12-ci kanalı verib.

Mənbənin bildirdiyinə görə, Netanyahu ABŞ-dəki siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi ilə bağlı Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması məsələsində hələ irəli getməməklə bağlı qərar qəbul edib.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq üçün fəal şəkildə çalışır.

Fələstin-İsrail münaqişəsinin son gərginləşməsindən əvvəl İsrail hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan edib.

Belə ki, 2023-cü ilin sentyabrında Netanyahu BMT Baş Assambleyasının sessiyasında çıxış edərək tərəflərin diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söyləmişdi.

Eyni zamanda, oxşar bəyanatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da “Fox News” telekanalına müsahibəsində vermişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər