13 C
Baku
Friday, November 22, 2024

İsrail sosial təminat sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əməkdaşlıq etmək niyyətindədir.

DSMF-dən Banker.az-a verilən məlumata görə, bu fikri DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişovla görüşdə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Prezidenti Aleks Kaplun bildirib.

Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Palata tərəfindən ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verən A.Kaplun sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla Fondla əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə birgə fəaliyyətin ölkə əhalisinin sosial rifahı, eləcə də İsrailin Azərbaycanda fəaliyyət göstərən şirkətləri üçün mühüm əhəmiyyətə malik olacağı qeyd edilib. Sosial təminat sahəsində Fond və Palata arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri geniş müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər