3 C
Baku
Saturday, December 14, 2024

İsrail və ABŞ Yaxın Şərqdəki Silahlı Qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib

Vaşinqton İranın qarşıdakı həftə ərzində ABŞ və ya İsrail hədəflərinə qarşı həyata keçirə biləcəyi böyük hücumla əlaqədar “yüksək həyəcan” vəziyyətindədir.

Bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

Qeyd olunub ki, həm ABŞ, həm də İsrail rəsmiləri İranın Dəməşqdəki konsulluq binasına zərbə endirilməsinə cavab hücumunun “qaçılmaz” olduğu qənaətindədir. Hər iki ölkənin hökumətinin yaxınlaşmaqda olan hücumla əlaqədar birlikdə intensiv işlədiyi qeyd olunub.

Bildirilib ki, İranın hücumu Prezident Co Baydenin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığının əsas müzakirə mövzusu olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər