İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) azad ticarət sazişi imzalayıb.
Banker.az xəbər verir ki, sazişi aylarla davam edən danışıqlardan sonra İsrailin iqtisadiyyat və sənaye naziri Orna Barbiva və onun həmkarı, BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq Əl Marri imzalayıb.
BƏƏ oxşar sazişi fevral ayında Hindistanla imzalayıb.
Hazırda Əmirlik İndoneziya və Cənubi Koreya da daxil olmaqla, bir sıra digər ölkələrlə ikitərəfli ticarət danışıqları aparır.