8 C
Baku
Sunday, November 17, 2024

🔴CANLI: İsrail və Fələstində son durum

17:32 — Qəzza zolağında ölənlərin sayı 1799 nəfərə çatıb, 6388 nəfər isə yaralanıb.

***

16:50 — İsrailin şimalındakı Metula şəhəri qapalı hərbi zona elan edilib.

***

16:41 — ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb. Göndərilən yardıma müxtəlif silahlar, mərmilər, Dəmir Qübbə (İron Dome) taktiki raketdən müdafiə sistemi üçün raketlər və digər hərbi təyinatlı ləvazimatlar daxil olub.

***

13:46 — İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın onlarla bazasını məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, həmin bazalar xüsusilə pilotsuz uçuş aparatlarının istifadəsi üçün istifadə edilirdi.

***

13:06 — İsrail Müdafiə Ordusu Qəzzanın şərqində əməliyyatlara başlayıb.

***

12:24 — Misir prezidenti Əbdülfəttah əs-Sisi: “Qahirə heç bir şərt olmadan İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır”.

***

12:22 — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.

***

07:30 — İsrail 1 milyondan çox fələstinlinin 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməsini tələb edib.

***

13.10.2023, 00:19 — İsrailin Fələstinin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 1 537 nəfərə çatıb, 6 612 nəfər isə yaralanıb.

HAMAS-ın İsrailə hücumu nəticəsində isə ölənlərin sayı 1300 nəfərə çatıb.

Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

17:42 — ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin sabah, oktyabrın 13-də İsrailə səfər edəcək. Səfər çərçivəsində o, israilli həmkarı Yoav Qallantla görüşəcək.

***

17:40 — Misir QÉ™zza zolağı ilÉ™ sÉ™rhÉ™ddÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n “RÉ™fah” keçid mÉ™ntÉ™qÉ™sini açıb.

Sərhəd-keçid məntəqəsi humanitar yardım üçün yenidən fəaliyyət göstərir.

***

17:35 — “Müharibənin növbəti mərhələsinə hazırlaşırıq”.

Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Lakin növbəti mərhələnin konkret olaraq nə vaxt başlayacağı və hansı məqsədlərin nəzərdə tutulduğu açıqlanmayıb.

***

16:37 — İsrailin Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbə endirməsi nəticəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Suriyaya aparan təyyarə Tehrana geri qayıtmalı olub.

***

16:18 — İsrail ordusu Dəməşq və Hələbin hava limanlarını bombalayır.

Bu səbəbdən hava limanları fəaliyyətini dayandırıb.

***

16:07 — ABŞ İsrailə yeni hərbi yardım göndərir.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

***

16:00 — ABĹž dövlÉ™t katibi Entoni Blinken: “FÉ™lÉ™stin-Ä°srail mĂĽnaqişəsinin gÉ™rginləşmÉ™si nÉ™ticÉ™sindÉ™ azı 25 ABĹž vÉ™tÉ™ndaşı hÉ™lak olub”.

***

15:30 — Naməlum qırıcılar Hələb və Dəməşq hava limanına hücum ediblər. Adı çəkilən hava limanları ərazisində silsilə partlayışlar baş verib.

***

13:59 — İsrailin aviazərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 1 354, yaralıların sayı isə 6 049 nəfərə çatıb.

***

13:40 — HƏMAS-ın İsrailə hücumu nəticəsində Türkiyə vətəndaşı həlak olub.

Bu barədə İsrail rəsmiləri məlumat yayıb.

Eyni zamanda bir nəfər Türkiyə vətəndaşının itkin düşdüyü bildirilib.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

***

13:10 — İsrailin müdafiə naziri Yoav Qalant: “HƏMAS-ı tamamilə məhv etməkdə qərarlıyıq”.

***

11:52 — İsrailin energetika naziri Ä°srael Katz: “QÉ™zzaya su vÉ™ elektrik enerjisi verilmÉ™yÉ™cÉ™k”.

***

12:49 — HƏMAS İsrailə hücum zamanı ən azı 200 nəfəri girov götürüb.

***

10:28 — HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1 300 nəfərə çatıb, 3 300 nəfər isə yaralanıb.

***

09:48 — İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 1200 nəfərə çatıb, 5600-ə yaxın şəxs isə yaralanıb.

***

09:46 — Misir Qəzza zolağından olan qaçqınlar üçün humanitar dəhliz yaradılması fikriini təkzib edib. (Reuters)

***

08:30 — İsrailin səhiyyə naziri Moşe Arbel yaralı Həmas yaraqlılarının dövlət xəstəxanalarında müalicəsinin qadağan edilməsi barədə göstəriş verib. (The Jerusalem Post)

***

05:43 — Ərdoğanın vasitəçiliyi ilə HƏMAS tərəfindən əsir götürülən 3 nəfər İsrail vətəndaşı (ikisi uşaq) azad edilərək İsrail tərəfinə geri qaytarılıb. (AJ)

***

05:08 — BMT Təhlükəsizlik Şurası oktyabrın 13-də Qəzza zolağı ətrafında vəziyyətlə bağlı iclas keçirəcək.

***

04:21 — ABŞ dövlət katibi Antoni Blinken: İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb.

***

03:07 — “ABĹž administrasiyası HĆŹMAS tÉ™rÉ™findÉ™n É™sir götĂĽrĂĽlÉ™n Amerika vÉ™tÉ™ndaĹźları da daxil olmaqla, girovların azad edilmÉ™si üçün Ä°srailÉ™ yardım göstÉ™rmÉ™yÉ™ hazırdır”.
Con Kirbi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru 

***

03:00 — İsrailin baş naziri Benyamin Netanyahu İsrailin müxalif siyasi bloku “Dövlət Düşərgəsi”nin liderlərindən biri, Knesset (parlament) üzvü Benni Qantsın iştirakı ilə ölkədə fövqəladə hökumət yaradıldığını elan edib.

***

02:13 — Blinken: ABŞ İsrailə qarşı istənilən təcavüzün qarşısını almaq niyyətindədir

***

00:39 — Ağ Ev: ABŞ Misir və İsraillə Qəzzadan olan qaçqınlar üçün dəhliz yaradılmasını müzakirə edir

***

00:12 — Azərbaycanın İsraildəki Səfirliyi: İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik.

Son xəbərlər
Digər xəbərlər