HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.
Bu barədə HƏMAS-ın teleqram səhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadın və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.
Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qüvvədə olacaq.
İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.