17 C
Baku
Thursday, May 23, 2024

İsrail və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar

İsrail və Fələstinin HƏMAS hərəkatı atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Onların sözlərinə görə, razılaşma çərçivəsində əsasən qadın və uşaqlardan ibarət daha 10 girov azad ediləcək.

Bu uzadılma ilə atəşkəs ümumilikdə səkkiz gün qüvvədə qalacaq. İsrail hakimiyyəti və HƏMAS nümayəndələri yeni razılaşmaları hələlik rəsmən təsdiqləməyiblər.

İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. Noyabrın 22-də tərəflər atəşkəs haqqında razılığa gəliblər. 24 saat ərzində HƏMAS səkkiz girovu azad edib, İsrail isə cavab olaraq daha 30 fələstinli məhbusu həbsxanadan buraxıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər