17 C
Baku
Saturday, May 4, 2024

İsrail və HƏMAS girovların mübadiləsi razılaşmasını təkrarlamaq barədə razılığa gəliblər

İsrail və HƏMAS girovları fələstinli məhbuslarla dəyişmək barədə yenidən razılaşıb.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.

Agentliyin məlumatına görə, mübadilə bu ayın sonunda baş tutacaq.

Bildirilib ki, razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq.

İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək. İsrailin buraxılış siyahılarına əsasən qadınlar və uşaqlar daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər