İsrail və Livan arasında dəniz sərhədi sazişi bu həftə imzalana bilər.
Bu barədə İsrailin baş naziri Yair Lapid məlumat verib.
O, ABŞ-ın vasitəçiliyi ilə sazişin cümə axşamı imzalanacağına ümid etdiyini deyib.
Müqavilə müharibə və düşmənçilik tarixi olan qonşular arasında əhəmiyyətli kompromis hesab olunur.
Xatırladaq ki, İsrail Livanla su sərhədlərinin müəyyən edilməsi üçün təklifləri məqbul sayır və indiyə kimi mübahisəli sayılan ərazilərdə Livanın da qaz çıxarmasına etiraz etmir.