Ukrayna müdafiə naziri Oleksiy Reznikovla İsrailin müdafiə naziri Benni Qantz arasında oktyabrın 17-nə planlaşdırılan görüşü baş tutmayıb.
Bildirilib ki, görüşün baş tutmamasına səbəb İsrailin Ukraynanın dialoq təklifindən imtina etməsidir.
Məlumata görə, belə bir görüşün keçiriləcəyinə dair informasiya bir neçə gün əvvəl yayılmışdı. Qeyd edək ki, bir müddət əvvəl İsrail müdafiə nazirinin yaxın ətrafı belə görüşün keçirilməsinin vacibliyini vurğulamış, Qantzın yaxın günlərdə Reznikovla danışıqlar aparmaq niyyətində olduğunu bildirmişdi.
İsrail müdafiə nazirinin ofisi məsələni şərh etməyib.
Xatırladaq ki, Ukraynanın İranın “Shahed-136” pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən “Dəmir günbəz” zenit raket kompleksi almaq istədiyinə dair xəbər yayılıb.