8 C
Baku
Sunday, November 17, 2024

İsrail xaricdəki 28 səfirliyinin işini dayandırıb

İsrailin hakimiyyət orqanları İrandan gələn təhlükə ilə əlaqədar xarici ölkələrdəki 28 diplomatik missiyasının fəaliyyətini dayandırıb.

Təl-Əviv bu addımı Dəməşqdə İranın konsulluq binasına hücumla bağlı cavab tədbirlərindən ehtiyatlandığı üçün atıb.

Bir müddət öncə İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Daniel Haqari ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

Qeyd edək ki, İsrail hərbi hava qüvvələri aprelin 1-də Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına raket zərbəsi endirib. Tehran hadisə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 13 nəfərin öldüyünü təsdiqləyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər