21 C
Baku
Tuesday, October 8, 2024

İsrail XİN başçısı Azərbaycana səfərinin məqsədini açıqlayıb

Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir.

Bu barədə İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

“Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, – XİN rəhbəri qeyd edib.

O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu da vurğulayıb.

Eli Kohen, İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər