27 C
Baku
Saturday, July 27, 2024

İsraildə dini bayram zamanı tribunanın çökməsi nəticəsində 44 nəfər həlak olub – Video

İsrailin şimalında Meron dağı bölgəsində Laq ba-Omer bayramı mərasimində tribunalardan biri çöküb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“The Times of Israel” nəşrinin təcili yardım xidmətinə istinadən verdiyi məlumata görə, fövqəladə hadisə nəticəsində 44 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Ölkənin baş naziri Binyamin Netanyahu hadisəni “dəhşətli bir fəlakət” adlandırıb.

Qeyd edildiyi kimi, bayramda təxminən 100 minə yaxın insan olub. Konstruksiyanın çökməsinin səbəbi hələ məlum deyil. Altı helikopter və onlarla təcili yardım maşını hadisə yerinə göndərilib. Ən azı 20 insanın vəziyyəti kritik olaraq qiymətləndirilir.

Laq ba-Omer bayramı yəhudi təqviminə görə iyar ayının 18-də qeyd olunur. Bu il bayram 29-30 aprel tarixinə düşür. Bayram günü gün batandan sonra ocaq qalamaq, rəqs etmək və mahnılar oxumaq adətdir. Gecə vaxtı çoxları Meron dağındakı rabi Şimonun qəbrini ziyarət etməyə gedir.

Son xəbərlər
Digər xəbərlər