10 C
Baku
Cümə, Dekabr 3, 2021

İsraildə koronavirusun yeni ştamı aşkarlanıb

İsraildə COVID 19-un yeni “AY.4.2” ştamı aşkar edilib.

Banker.az xəbər verir ki, virus 11 yaşlı uşağın Tel-Əviv hava limanında müayinəsi zamanı müəyyənləşdirilib.

Xatırladaq ki, daha əvvəl ingilis alimlər tərəfindən koronavirusun “Delta” ştamı aşkar edilib. Kembric mütəxəssislərinin sözlərinə görə, virusun yeni növünün yoluxuculuğu “Delta”nı 10-15% üstələyə bilər. Əgər bu məlumatlar təsdiqlənsə, “AY.4.2” pandemiya başlayandan bəri ən yoluxucu virus olacaq.

Alimlərin fikrincə, “AY.4.2” İngiltərədə yoluxma sayının artmasına gətirib çıxaracaq. Belə ki, artıq hər on xəstədən birində bu virus aşkar edilib, yoluxanların ümumi sayı isə sürətlə artır.

Son xəbərlər
Oxşar xəbərlər
X