İsrail və HƏMAS arasında toqquşmanın başlamasındsn sonra ölkənin cənub və mərkəzi bölgələrindəki hava limanları kommersiya və şəxsi nəqliyyat təyyarələri üçün bağlanıb.
Bu barədə “Ynet” məlumat yayıb.
Təl-Əviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanı fəaliyyətini davam etdirir. Onun rəhbərliyi hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq təyyarələri qəbul edib buraxacağını bildirib.
Ben Qurion hava limanının saytı xəbər verir ki, altı reys gələn və bir uçuş gecikir.