İsraildə komendant saatının tətbiq edilməsi çərçivəsində ictimai nəqliyyatın fəaliyyatı dayandırılacaq.
“MIG News” xəbər verir ki, nəqliyyat bazar ertəsi gününün axşamından başlayaraq cümə axşamının səhərinədək fəaliyyət göstərməyəcək.
Qeyd etmək lazımdır ki, son günlər koronavirus pandemiyası ilə bağlı bir çox ölkə komendant saatı tətbiq etməyə məcbur olub.
©Oxu.az