İsrail hökuməti epidemioloji vəziyyətin pisləşməsinə görə ölkədə komendant saatı elan edib.
“Jeruselam Post” xəbər verir ki, bu gündən etibarən ölkənin 40 şəhərində saat 19:00-dan 5:00-a qədər komendant saatı tətbiq olunacaq.
Bu müddətdə bütün müəssisələr və qeyri-ərzaq mağazaları bağlı qalacaq.
Qida məhsulları mağazaları, aptek və xəstəxanalar fəaliyyətini davam etdirəcək.
Xüsusi təhsil müəssisələrindən başqa bütün məktəblər və universitetlərin də bağlandığı bildirilir.