İsrail polisi kriptovalyuta fırıldaqçılarına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat zamanı 6 nəfər saxlanılıb. Onların 2018-2019-cu illərdə 12 milyon avronu dələduzluq yolu ilə mənimsədikləri məlum olub. İş üzrə zərərçəkənlərin sayı 500 nəfərdən çoxdur.
Qeyd olunur ki, saxlanan şəxslər saxta kriptovalyuta platformaları yaradaraq əhalidən aldıqları pulları bura yerləşdiriblər. Hesablar ilk olaraq Portuqaliyada açılıb. Bundan sonra nağd vəsaitlər Asiya ölkələrinə köçürülüb. Çirkli pulların yuyulması üçün böyük həcmdə qızıl alınıb.