İsraildə koronavirusa görə tətbiq olunan qapalı məkanlarda maska taxma məcburiyyəti iyunun 15-dən etibarən ləğv ediləcək.
Bunu ölkənin səhiyyə naziri Yuli Edelşteyn deyib.
O bildirib ki, gündəlik yoluxma sayındakı azalma adavam etsə, qapalı məkanlarda da maska taxmağa ehtiyac olmayacaq.
Qeyd edək ki, 19 apreldə İsraildə açıq məkanlarda maska taxılması məcburiyyəti də aradan qaldırılmışdı.