İsraildə 2020-ci ilin aprelindən qüvvədə olan qapalı yerlərdə qoruyucu maskaların məcburi taxılması tələbi ləğv edilib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Maska tələbinin ləğvi koronavirusa yoluxma potensialı yüksək olan yerlərə, o cümlədən xəstəxanalar, qocalar evləri, doğum evlərinə şamil edilmir.
İsraildə açıq havada qoruyucu maskalar taxmaq tələbi 2021-ci il aprelin ortalarında qaldırılıb.