9 C
Baku
Friday, December 13, 2024

İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq

Yeni terror aktlarından sonra İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib.

Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir.

Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək.

Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda qəbul edilən qərara əsasən, qanuna tabe olan israillilər üçün silah gəzdirmək üçün icazələrin alınması proseduru sadələşdiriləcək.

Bundan əlavə, ordu və polis bölmələrinin gücləndirilməsi, saxlanılma praktikasının və qanunsuz saxlanılan silahların ələ keçirilməsi üçün məqsədyönlü əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər