9 C
Baku
Thursday, December 12, 2024

İsraildə yeni hökumət formalaşır

İsrail Prezidenti İsaak Herzoq “Likud” partiyasının lideri Benyamin Netanyahuya yeni hökumət kabineti formalaşdırmaq mandatı verəcək.

Prezident İsaak Herzoq 25-ci Knessetə daxil olan bütün partiyaların nümayəndələri ilə apardığı məsləhətləşmələri yekunlaşdırdıqdan sonra bu barədə bildirib.

Noyabrın 9-da başlayan və bu gün səhər saatlarında başa çatan məsləhətləşmənin sonunda Knessetin 64 üzvü Netanyahunu, 28 üzv isə “Yeş Atid” partiyasının lideri və hazırkı Baş nazir Yair Lapidi yeni Baş nazir postuna tövsiyə edib. Knessetin qalan 28 üzvü mandatın hər iki namizədə verilməsini tövsiyə etməyib.

Məsləhətləşmələrdən sonra “Likud” partiyası liderinin ofisinin rəhbərindən noyabrın 13-də Netanyahunun prezidentdən hökuməti formalaşdırmaq tapşırığını rəsmi qəbul etmək üçün çağırılması istənilib. Prezident Netanyahuya mandat təyin etdiyi andan etibarən onun yeni hökuməti formalaşdırmaq üçün 28 günü olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər