İsrailin baş naziri Benyamin Netanyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.
“Walla” xəbər verir ki, bu barədə BƏƏ-dəki mənbələr bildirib.
Bildirilib ki, B.Netanyahu BƏƏ-nin vəliəhdi şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanla görüşəcək.
Xatırladaq ki, 2020-ci il sentyabrın 15-də Ağ Evdə keçirilən rəsmi mərasimdə İsrail və BƏƏ arasında “münasibətlərin normallaşması”na dair müqavilələr imzalanmışdı.
İsrail münasibətlərin normallaşdırılmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.
Qeyd edək ki, bu il martın 1-də Birləşmiş Ərəb Əmirliyinin İsrailə təyin olunan səfiri Məhəmməd əl-Hayya tarixdə ilk dəfə olaraq Təl-Əvivə gedib. Məhəmməd əl-Hayya vəzifə səlahiyyətlərinin icrasına yəhudilərin Pesax bayramından sonra başlayacaq.